Cəlilabadda Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

0

Dekabrın 1-də Cəlilabad Tibb Kollecində Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Ümumdünya QİÇS-lə Mübarizə Gününün 1988-ci ildə dünya ölkələrinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran BMT sammitindən sonra təsis edildiyini qeyd edərək, insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) səhiyyəyə məlum olma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdəki və dünyadakı vəziyyət, görülən tədbirlər və digər mühüm məqamlar barədə məlumat verib.

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov çıxışında dövlətimiz tərəfindən gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması istiqamətində çox mühüm işlər görüldüyünü söyləyib. O, gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən sağlam ruhlu olmasının vacibliyini diqqətə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »