La Palmadakı kabus daha da şiddətləndi: Saniyədə bir metr sürətlə irəliləyən lava hər şeyi udur – FOTO

0

İspaniyanın Kanar adalarında yerləşən La Palma adasında təxminən iki ay əvvəl başlayan lava axınının intensivliyi artıb.

Cumbre Vieja vulkanında yeni açılan vulkanik borular sayəsində lavanın axımı saniyədə bir metrə çatıb. Ərazidən çəkilən yeni fotolar lavanın adada artıq bütöv olan bir neçə evi də kül etdiyini göstərir.

İctimairey.az Kanar Adaları Vulkanologiya İnstitutuna istinadən bildirir ki, İspaniyanın La Palma adasındakı Cumbre Vieja vulkanından çıxan yeni lava boruları saniyədə 1 metrə qədər sürətlə aşağı axan lava göndərir. Dağdan aşağıya doğru tüğyan edən lava, boşaldılan La Laquna qəsəbəsində qalan binaları kül edir. Kanar adaları hökumətinin vulkan böhranı komitəsinin açıqladığı xəritəyə görə, şəhərin kilsəsi hazırda ən böyük lava axınından cəmi bir kilometr aralıda yerləşir.

Komitə lavanın adanın qərb sahilində iki nöqtədə Atlantik okeanına çatdığını, qayalıqlardan okeana doğru axdığını və daha sonra sahil xəttinə ümumilikdə 48 hektar lava anbarı əlavə etdiyini bildirib. Digər tərəfdən, səlahiyyətlilər, lavanın indiyə qədər adanın əkin sahələrinin üçdə birini (1,134) məhv etdiyini söyləyib. Vulkan fəlakəti adanın iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən banan və avokado plantasiyalarını da məhv edib. Zərər bununla bitməyir. Təxminən 80 min əhalisi olan adada 6 mindən çox insan didərgin düşüb, 2 min 500-dən çox ev külə dönüb.

Digər tərəfdən, La Palmada indiyə qədər 900 milyon avroya yaxın ziyana səbəb olan Cumbre Vieja vulkanı adanın tarixinin ən uzun aktiv vulkanı olub. Mütəxəssislər vulkanın uzun müddət davam edəcəyini gözləmirlər.

Bundan əlavə, vulkan aktivləşdikdən sonra, adada 5200-dən çox zəlzələ baş verib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »