25 yaşlı TikTok fenomeni canlı yayımda intihar edib.
Çinli TikTok blogeri Lo Syao Mao Mao Si canlı yayımda pestisid (bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq üçün istifadə edilən kimyəvi maddə) içərək intihar edib.
İctimairey.az xəbər verir ki, 25 yaşlı fenomen dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Blogerin uzun müddətdir depressiyadan əziyyət çəkdiyi üçün bu addımı atdığı bildirilib.
Fenomeninin ölümündən ardından daha bir hadisə yaşanıb. Belə ki, Lo Syaonun külü yas evinin işçisi tərəfindən oğurlanıb. Onun külləri başqalarına satdığı iddia olunub. Oğurluqda əlaqəsi olan 3 nəfər polis tərəfindən saxlanılıb.(axşam.az)