Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda toplantıda iştirak edib

0

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı öz işinə başlayıb.

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »