Əl yüklərindən beş min ədəd siqaret çıxdı

0

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının yüklərinə rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edilib.

İctimairey.az xəbər verir ki, təkrar yoxlama nəticəsində isə, həmin yüklərdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmayan aksiz markasız 5000 ədəd “Manchester” adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »