Millət Vəkili Jalə xanım Əhmədova Salyan şəhərində növbəti dəfə seçiciləri ilə görüşüb. Səhər saatından başlayan görüş axşam saatınacan uzanıb. Qəbul zamanı Jalə xanım 51 nəfər seçicini fərdi qaydada qəbul edərək, onları dinləyib, ərizə və müraciətlərini qəbul edib.
Millət Vəkili qaldırılan məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyini diqqətə çatdırb.
Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının üstünlük təşkil etdiyi qəbulda işsizlik, pensiya və torpaq məsələləri qeyd olunub. Yenə də işsizlikdən şikayət edən qazilər, onların işlə təmin olunmalarına köməklik göstərilməsini Jalə xanım Əhmədovadan xahiş ediblər. Bir neçə seçicinin məhkumluq həyatı yaşayan yaxınlarının əfv edilməsi məsələsi ilə bağlı müraciətlər də dinlənilib.
Görüşün sonunda Millət Vəkili qəbuluna gələn seçicilərinə öz təşəkkürünü ifadə etdi və bildirdi ki, – Biz, sizin problemlərinizin həllinə çalışır və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
İctimairey.az