Rəmişin qızı Rasimə: GÜLÜ yalan danışır – FOTO

0

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ilk evliliyindən olan qızı Rasimə efirə çıxıb.

“Elgizlə izlə” verilişinə qatılan Rasimə Gülünü yalan danışmaqda ittiham edib:

Ağdamda atamla anamın 3 gün toyu olub. Bunu bütün Qarabağ bilir. Rəsmi nikahları 1984-cü ildə pozulub. Gülşən xanım (Gülü) deyir ki, Rəmişlə 1979-cu ildə evlənib. Atamı çox istəmişik hər zaman”.

Qeyd edək ki, məhrum Xalq artisti Rəmişin (Rafiq Hüseynov) qardaşı Vaqif də Gülünü yalan danışmaqda ittiham edib.

Lent.az-a açıqlama verən Gülü deyib: “O, yalan danışır. Anası öləndə özü hardaydı? Haqqımda danışmağı qadağan edirəm. Əgər bir daha mənim haqqımda danışsa, onunla məhkəmədə görüşəcəyik. Rəmişin ən yaxını mən olmuşam. Onun məndən yaxını olmayıb. Rəmiş küçələrdə qalanda ona sahib çıxan mən oldum. Onlar harda idi?

Qeyd edək ki, Rəmişin qardaşı Vaqif Hüseynov “Elgizlə izlə” verilişində bu sözləri demişdi: “Gülü qoymurdu Rəmişin yanına kimsə gəlsin. Hətta anamız, xalam qızı Rəmişə zəng edəndə Gülü telefonu açırdı, danışmağa qoymurdu. Düz beş ay xəstəxanda Rəmişin yanında oturmuşam”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »