Sumqayıtda polis atəş nəticəsində ölüb – SƏBƏB?

0

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Əldə olunan məlumata görə, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlu bankda mühafizəçi kimi xidmətdə olub. Hadisə də “Kapital Bank”ın Sumqayıt filialının inzibati binasının arxasında qeydə alınıb.
R. Mütəllimov Səhər saatlarında o, bankın binasının arxa hissəsindəki otaqlardan birinə keçib. Bir müddət sonra oradan atəş səsi eşidilib. Hadisə yerinə baxış keçirilərkən 42 yaşlı polis əməkdaşının aldığı güllə yarasından öldüyü müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »