“Renzo Gracia Azerbaijan”ın idmançıları dünya çempionatından qələbə ilə qayıdıblar

0

Renzo Gracia Azerbaijan” Akademiyasının idmançıları Jiu-Jitsu üzrə dünya çempionatından qələbə ilə qayıdıblar. Azərbaycandan çempionatı 20 nəfər idmançı qatılıb, onlardan 17-si ölkəmizə müxtəlif medallarla qayıtdıb.

13-19 noyabr 2021-ci il tarixlərində BƏƏ-nin Abu-Dabi şəhərində Jiu-Jitsu idman növü üzrə dünya çempionatı keçirilib.

Çempionatda“Renzo Gracia Azerbaijan” Akademiyası da özünün 6 idmançısı ilə iştirab edib. Yarışlarda uğurlu çıxış göstərən akademiyanın idmançıları: 62 kq çəki dərəcəsində Cəfərzadə Azər gümüş medal, Səfiyev Nicat bürünc medal və 94+kq çəki dərəcəsində Süleymanov Ayaz gümüş medalla ölkəmizə qayıtmışlar.

Hər il Abu-Dabi şəhərində keçirilən bu dünya çempionatına ümumilikdə Azərbaycandan 20 nəfər idmançı qatılmışdır. Onlardan 17 idmançımız ölkəmizə müxtəlif medallarla qayıtmışlar.

“Renzo Gracia Azerbaijan” Akademiyası 2020-ci ildə yaradılıb. Bu müddət ərzində Akademiya 2 dünya çempionatında iştirak edərək hər iki yarışdan vətənə gümüş və bürünc medallarla qayıdıb.
“Renzo Gracia Azerbaijan” Akademiyası “Renessans Palace” Yaşayış Komleksində (Əhməd Cəmil küçəsi 27) yerləşir. Akademiyada müxtəlif yaş qrupları üçün jiu-jitsu, boks, kiq-boks, tay-boks, güləş, sərbəst güləş üzə məşğələlər keçirilir.

“Renzo Gracia Azerbaijan” Akademiyası haqqında daha ətraflı məlumat almaq üçün 012 210 91 56 nömrəsilə əlaqə yarada bilərsiz. Həmçinin akademiyanın renzograciez instaqram sıhifəsindən də geniş məlumat əldə edə bilərsiz.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »