Erməni “azadlıq hərəkatı” İrəvan metrosunun hərəkətini iflic etdi

0

İrəvanda bu həftənin əvvəlindən “azadlıq hərəkatı” şüarı altında keçirilən etiraz aksiyalarının iştirakçıları noyabrın 24-də səhər saatlarında paytaxt metrosunun işini iflic etməyə çalışırlar.
İctimairey.az Erməni mediyasına istinadən bildirir ki, çox da böyük olmayan etirazçı qruplar metro stansiyalarında tələblərini irəli sürərək, vaqonların fəaliyyətinə mane olurlar.
“Bu, apolitik etiraz aksiyasıdır. Övladlarınızın təhlükəsizliyinə etiraz edin, sərhəddəki əsgərlər silahlandırılmalı, cəbhə xətti qorunmalıdır”-deyə etirazçılar qışqırır.
Onlar həmçinin vətəndaşları çərşənbə günü axşam İrəvanda Respublika meydanına toplaşmağa çağırıblar.
“Biz hər gün döyüşməliyik, geri çəkilmə olmayacaq” – deyə, fəallar bağırır.
“Azadlıq hərəkatı” üzvləri vurğulayırlar ki, onların məqsədi Azərbaycanın “Zəngəzur dəhlizindən” keçməsinin qarşısını almaq, Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı “antierməni proqramı”nın qarşısını almaqdır.
Müxalifətçilər etiraf edirlər ki, öz hərəkətləri ilə metronun nəqliyyat xidmətindən istifadə edən İrəvan sakinlərinə bilərəkdən narahatlıq yaradırlar, lakin “etiraz ictimai maraqlara uyğundur”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »