Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti: “Əsas vəzifəm bu uğuru davam etdirməkdir”

0

“Mikayıl Cabbarov 4 il ərzində görülən işlər, federasiyanın uğurları haqqında danışdı. Mənim əsas vəzifəm bu uğuru davam etdirməkdir. Etimadı doğrultmağa və bu idmanın növünün daha kütləvi olmasına çalışacağıq”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti Balakişi Qasımov qurumun ümumi yığıncağı zamanı bu vəzifəyə seçilməsindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ilk vaxtlarla müqayisədə bu idman növü ilə məşğul olanların sayı 2 dəfə artıb: “Bu artımın daha çox olmasına çalışacağıq. Bundan sonra da uğurlarımız, nailiyyətlərimiz olmalıdır”.

Qasımov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün hədəflərini də açıqlayıb: “Azərbaycanın Tokio olimpiadasında olduğu Parisdəki yarışda da təmsil olunmasını istəyirik. Hazırkı heyətlə 4 il çiyin-çiyinə bu işə davam etdirəcəyik”.

Qeyd edək ki, Fikrət Zeynalov və Fərhad Kasimov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov baş katib vəzifəsini yerinə yetirəcək. Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »