Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şimali İraqda həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilən terrorçular arasında PKK/KCK-nın qurucularından olan “Fuat” kod adlı Əli Heydər Kaytanın da olduğu müəyyən edilib. .
Ictimairey.az AA müxbirinin təhlükəsizlik mənbələrindən əldə etdiyi məlumata görə xəbər verir ki, terrorla mübarizədə ən uzun sürən əməliyyatlardan biri PKK lideri Abdullah Öcalanın ondan sonra “təşkilatda söz sahibi olacaq şəxs” kimi xarakterizə etdiyi Kaytanı zərərsizləşdirmək üçün həyata keçirilib”.
Əməliyyat qorxusundan davamlı olaraq yerdəyişmə edən sözdə KCK İdarə Heyətinin üzvü Kaytanla bağlı MİT tərəfindən çoxşaxəli kəşfiyyat araşdırması aparılıb. Bu çərçivədə pilotsuz uçuş aparatlarından istifadə edilərkən sahədən fərqli kəşfiyyat məlumatları da toplanıb. Uzun müddət davam edən araşdırma nəticəsində MİT və TSK Şimali İraqda birgə əməliyyat keçirib.
Əməliyyatdan sonra MİT-in sahədə apardığı kəşfiyyat işi ilə zərərsizləşdirilən terrorçular arasında Əli Haydar Kaytanın da olduğu müəyyən edilib.
Kaytanın zərərsizləşdirildiyi əməliyyatdan sonra baş verənlər də üzə çıxıb.
PKK-dan ayrılmanın qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini yüksək tutmaq üçün terror təşkilatının rəhbərlərindən olan Əli Heydər Kaytanın ölümü gizlədilib.
Terrorçu Kaytanın cənazəsi yalnız yüksək rütbəli heyətə məlum olan yerdə basdırılıb və dəfni həyata keçirən PKK-çılar edam edilib.