Nikol Paşinyan sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı Emoməli Rəhmona zəng edib
Noyabrın 17-də axşam saatlarında erməni tərəfinin təşəbbüsü ilə Tacikistan Prezidenti Emoməli Rəhmonla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
İctimairey.az xəbər verir ki, bu barədə bu gün, noyabrın 18-də Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri olan Ermənistanın baş naziri Emoməli Rəhmonu Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyət barədə məlumatlandırıb.
Tacikistan prezidenti öz növbəsində tərəfləri əldə olunmuş razılaşmalara əməl etməyə, bütün mübahisələri və münaqişələri yalnız siyasi və diplomatik danışıqlar yolu ilə həll etməyə çağırıb.