Mingəçevirdə şəhid hərbçimizlə vida mərasimi keçirilir

0

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elmin Samir oğlu Əlizadə ilə Mingəçevirdə vida mərasimi keçirilir.


İctimairey.az Qarabağ Mərkəzinin məlumatına görə, onun nəşi Mingəçevir şəhər “AzDRES” ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində ailəsinin yaşadığı evə gətirilib.
Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, Ağdam və Mingəçevir şəhər icra hakimiyyətlərinin rəhbərliyi, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »