Putin və Makron Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər

0

Rusiya lideri Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında uzun sürən telefon danışığı zamanı ikitərəfli və beynəlxalq gündəmdə olan bir çox aktual məsələlər, o cümlədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə müzakirə olunub.

İctimairey.az Kremlin mətbuat xidmətinin verdiyi məlumata istinadən bildirir ki, görüşdə Dağlıq Qarabağ nizamlanmasında vəziyyətə baxılıb. Vladimir Putinin qeyd etdiyi kimi, vəziyyətin sabitləşməsinə kömək etmək üçün addımlar atmağa və Rusiya vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməyə davam edəcək.

Həmçinin, 2021-ci il noyabrın 12-də Parisdə iki ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə Rusiya-Fransa Təhlükəsizlik Əməkdaşlığı Şurasının növbəti iclasının keçirilməsindən məmnunluq ifadə olunub. Prezidentlər hərbi-siyasi məsələlər, eləcə də digər mühüm mövzular üzrə dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »