16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür – FOTO

0

Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə beynəlxalq bayram təsis edilib. Məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.

Azərbaycan dünyada tolerant ölkə imicinə malikdir. Müxtəlif dinlərin, millətlərin sülh içində birgəyaşayışı Azərbaycan xalqının milli sərvətidir.

Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Gündən-günə aqressivləşən dünyada sabit, firavan, etnik və konfessional ayrıseçkiliksiz mühitə malik ölkələr çox azdır. Biz isə 30 il məscidlərimizi dağıdıb təhqir edən ermənilərin Bakının mərkəzindəki dini məbədinə belə toxunmamışıq.

Vətən müharibəsindəki qələbəmizin səbəblərindən biri də məhz budur – bizim, Azərbaycan vətəndaşlarının dünyaya nümunə olan tolerantlığı!

Elnur ALLAHVERDİYEV

Milli Məclisin Deputat

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »