“İki hərbçimiz yaralanıb, düşmənin bu xain hücumu cavabsız qalmayıb”

0

Ermənistan adlı təcavüzkar dövlətin silahlı qüvvələrinin bölmələri dövlət sərhədində Azərbaycan Ordusnun mövqelərinə qarşı genişmiqyaslı təxribatlarını bu gün də davam etdirməkdədir.

Belə ki, bu gün Kəlbəcər, Laçın rayonu istiqamətində hüçuma keçən düşmən tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti qəsdən daha da gərginləşdirməyə çalışaraq minaatan və artilleriya qurğularını işə salıblar. Nəticədə iki hərbçimiz yaralanıb. Ancaq düşmənin bu xain hücumu cavabsız qalmayıb.

Qəhrəman hərbçilərimizin ayıq-sayıqlığı və operativ tədbirləri nəticəsində təxribatın qarşısı alınıb, erməni hərbçilər saxlanılıb, düşmənin çoxlu miqdarda silah-sursatı ələ keçirilib. Əsgərlərimizlə gerçəkdən də qürur duyuruq. Düşmən gücümüzü hər an hiss etməlidir. Ermənistanın son çırpınışları da bütün əvvəlki təxribat cəhdləri və revanş planları kimi boşa çıxmağa məhkumdur. Əslində Azərbaycan bu təxribatlara növbəti dəfə Dəmir Yumruğu işə salmaqla, genişmiqyaslı antiterror əməliyyatı keçirməklə həmişəlik son qoya bilər.
Bunun üçün hər cürə imkanlarımız da var. Lakin Bakı əlavə qan tökülməsini istəmir. Biz məsələləri masada çözməyə üstünlük veririk.

Əlisahib HÜSEYNOV

Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »