Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan: Biz Rusiyadan ərazi bütövlüyünün qorunmasına köməklik göstərməsini xahiş edirik
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə axşamı ölkənin ictimai televiziyasında bildirib ki, Ermənistan 1997-ci ildə imzalanmış ikitərəfli saziş çərçivəsində Rusiya Federasiyasından öz ərazi bütövlüyünün qorunmasına köməklik göstərməyi xahiş edir və müvafiq yazılı müraciət hazırlayır.
“Hücum Ermənistanın suveren ərazisində olduğu üçün biz Rusiya Federasiyasına 1997-ci il müqaviləsi çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün, müraciət edirik. Bu, şifahi müraciətdir. Yazılı da veriləcək”, – Qriqoryan bildirib.
Onun sözlərinə görə, İrəvan Rusiyanın Ermənistana yardım edəcəyini və respublikanın öz ərazi bütövlüyünü bərpa etmək imkanı əldə edəcəyini gözləyir. O əlavə edib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində addımlarını intensivləşdirmək niyyətindədir.