Türkiyədə paşa hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlının kim olduğunu bilirdiniz?

0

Əslən Gəncənin Balabağman qəsəbəsindən olan Səməd bəy Rəfibəyli. Türkiyədə onu hörmət əlaməti olaraq Səməd paşa Əbdülsəməd bəy Sayqın adlandırırdılar. Atatürkün silahdaşı olub.

Mustafa Kamal Paşa Səməd bəy barədə bunları deyib: “Bu cür gənc yaşda polkovnik olmaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən götürməlidir”.

“Təpədən dırnağadək” hərbçi olan Səməd bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif hərbi missiyalara uğurla rəhbərlik edib. Azərbaycan Milli Ordusunun Qarabağdakı 1-ci Cavanşir piyada alayının komandiri kimi 1920-ci ilin mart və aprel aylarında Xankəndində və Əskəranda milli hökumətimizə qarşı qiyam qaldırmış erməni daşnakları ilə savaşlarda şəxsi qəhrəmanlıq göstərib.
Azərbaycan hökuməti onun hünərini qiymətli hədiyyə ilə mükafatlandırıb.

Elnur Allahverdiyev

Millət Vəkili

Leave A Reply

Your email address will not be published.

Tərcümə »