Makron Fransa bayrağının rəngini dəyişib

0

Fransa prezidenti Emmanuel Makronun Fransa bayrağındakı mavi rəngi daha tünd, sürməyi ilə əvəz etdiyi açıqlanıb.
İctimairey.az bildirir ki, Fransa mətbuatına açıqlama verən Prezidentlik rəsmiləri prezident Makronun Fransa bayrağındakı mavi rəngin tünd maviyə dəyişdirilməsini istədiyini açıqlayıb.

Makronun Fransa İnqilabının simvolu olaraq görülən tünd mavi bayrağı geri qaytarmaq istədiyi üçün belə bir qərar verdiyi öyrənilib.

Mavi və tünd mavi bayraqların onilliklərdir istifadə edildiyi, Fransa donanmasının və ölkədəki bir çox rəsmi binaların önündə tez-tez tünd mavi bayraqdan istifadə etdiyi bildirilir.

Fransa prezidentinin yaşadığı Elize sarayındakı bayraqların ötən il ictimaiyyətə açıqlanmadan tünd göy rənglə dəyişdirilməsi də əldə edilən məlumatlar arasındadır.

Xatırladaq ki, keçmiş prezident Jiskar d’Estaniqen tarixdə ilk dəfə olaraq 1976-cı ildə bayrağın rəngini açıq mavi təyin etmişdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »