Vilayət Eyvazov: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinə təbrik ünvanlayıb

0

Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin birinci ildönümü – Zəfər Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. Milli birliyimizi, həmrəyliyimizi, ölkəmizin iqtisadi və hərbi qüdrətini bütün dünyaya göstərdi. Bu birlik dəmir yumruğa çevrilərək düşmənin başını əzdi, onu kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Dövlət Başçısının əmri ilə əks-hücum əməliyyatlarına cəlb edilmiş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Azərbaycan Ordusu ilə birgə Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın istiqamətlərində döyüşlərdə mərdlik, igidlik və cəsarət göstərdi, qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirdi. Biz Vətən torpağı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlar ilə, həmçinin sağlamlığını itirən fədakar döyüşçülərimizlə fəxr edirik.

Qoşunların Vətən müharibəsindəki döyüş yolu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək yüzlərlə hərbçimiz orden və medallarla təltif edildi, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü.

Bu əlamətdar və tarixi gündə Sizə, habelə şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə uğurlar arzulayıram!

Vilayət Eyvazov
Azərbaycan Respublikasının daxili işlər naziri
general-polkovnik

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »