Kreml Putin, Əliyev və Paşinyan arasında danışıqlara hazırlıq mərhələsinin getdiyini açıqlayıb

0

Kreml Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünün hazırlıq mərhələsinin başa çatmaq üzrə olduğunu, lakin onun dəqiq tarixi hələ müəyyən edilmədiyini bildirib.

İctimairey.az mediyaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz təsdiq edirik ki, belə bir görüşün hazırlanması istiqamətində iş gedir. Hələlik videokonfransın nə vaxt keçirilə biləcəyi ilə bağlı dəqiq razılaşma və anlaşma yoxdur. İş davam edir”, – deyə Peskov bildirib.

Daha əvvəl RİA Novosti mənbəyə istinadən xəbər vermişdi ki, noyabrın 9-da Putin, Əliyev və Paşinyan videokonfrans vasitəsilə danışıqlar aparmalıdırlar. Daha sonra, Peskovdan bu məlumatı şərh etmək istəyəndə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistanın sammiti ilə bağlı razılıq əldə olunarsa, Kreml bu barədə operativ məlumat verəcək.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »