Ermənistanda pizzaxanada zəhərlənənlərin sayı 171-ə çatıb

0

Ermənistanda 171 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanalara çatdırılıb – onların hamısı “Taşir” pizza şəbəkəsinin müəssisələrində olublar. Bu barədə Respublikanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət üzrə Milli Mərkəzi Facebook-da məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, xəstəxanalarda 99 nəfər var, onların vəziyyəti yüngül və orta ağır qiymətləndirilir, 72 xəstə artıq evə buraxılıb.

Zəhərlənmə İrəvanın Xancyan küçəsindəki müəssisəsində Baş verib. Göbələlikli pizza yeyib zəhərlənənlərin sayı gecə yarısında artıq 57-yə çatıb. 122 nəfərin tibbi yardım üçün müraciət etdiyini bildirilir, onlardan altısının vəziyyəti ağır kimi qiymətləndirilib. Xəstələr arasında 21 azyaşlı da olub.

Kafe hadisənin səbəblərini müəyyən etmək üçün, fəaliyyətini müvəqqəti dayandırıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »