Prokurorluq əməkdaşları “Zəfər” Yarmarkasında olub – FOTO

0

Prokurorluq orqanlarında milli ruhlu kadrların yetişdirilməsi, gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, onların milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi kimi məsələlər də xüsusilə diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, noyabrın 6-da Baş Prokurorluğun əməkdaşlarının Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “YAŞAT” Fondunun “Zəfər” Yarmarkasına səfəri təşkil edilmişdir.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda təşkil edilmiş Yarmarkada prokurorluq əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə istifadə olunmuş hərbi texnikalar, Müdafiə Nazirliyinin təqdim etdiyi çadırlarda təqdim olunan müxtəlif silah-sursat nümunələri, hərbi geyim və hərbçilərin qida təminatı ilə yaxından tanış olmuşdur.

Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadanlara arzuların çatdırılması məqsədilə təşkil olunmuş “ZəfərArzuları” adlı guşədə prokurorluq əməkdaşları öz arzularını müəyyən olunmuş lövhəyə yazmışlar.

29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək Yarmarka prokurorluq əməkdaşlarının böyük marağına səbəb olmuşdur.
Sonda xatirə fotoşəkli çəkdirilmişdir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »