Tovuzda “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib

0

Tovuz rayonundakı Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılara “Zəfər Meydanı” adlı, Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Çıxış edən Rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və DQİDK-nin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm Qələbədən söz açaraq, Azərbaycan xalqının milli və dini birlik nümunəsi göstərdiklərini ifadə ediblər.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »