Taliban Əfqanıstanda xarici valyutadan istifadəni qadağan edib – FOTO

0

Talibanlar çətin iqtisadi vəziyyətə görə, əfqan xalqına yalnız yerli valyutadan istifadə etməyi əmr edib.

“İslam Əmirliyi (Taliban siyasi sisteminin özünün adı – red.) bütün vətəndaşlara, mağaza sahiblərinə, iş adamlarına əfqanlardan maliyyə əməliyyatlarında xarici valyutadan istifadə etməkdən çəkinməyi tapşırır”.

İctimairey.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbihullah Mücahid. Bəyanat verib.

Avqustun əvvəlində Taliban ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra, hökumət qüvvələrinin mövqelərinə qarşı hücuma keçdi və avqustun 15-də ölkənin paytaxtı Kabil şəhərinə daxil oldu.

Bundan sonra, Vaşinqton ABŞ-da yerləşən Əfqanıstan Mərkəzi Bankının milyardlarla dollarını dondurmaq qərarına gəldi. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da yaraqlıların insan haqlarını pozduğunu əsas gətirərək, yeni İslam respublikasının hakimiyyət orqanlarına maliyyə yardımını əngəlləyib.

Qeyd edək ki, Sputnik radiosu xəbər verib ki, Taliban hərəkatı Əfqanıstanda yeni Ali Məhkəmə yaradıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »