Rus qoşunları “Ukrayna sərhədlərində” cəmləşib

0

Britaniyanın “Janes” nəşriyyatının hərbi mövzular üzrə təhlilinə istinadən qeyd edilir ki, Rusiyanın 4-cü Panzer Diviziyasının texnikası Bryansk və Kursk ətrafında, Ukrayna ilə sərhədə yaxın ərazilərə köçürülüb.

İctimairey.az xəbər verir ki, “Politico” Rusiyanın Ukrayna ilə sərhəddə yenidən qoşun və hərbi texnika cəmləşdirməsi ilə bağlı son xəbərləri təsdiqləyən peyk şəkillərini dərc edib.

Qəzet yazır ki, şəkillər bazar ertəsi, noyabrın 1-də Maxar Technologies tərəfindən çəkilib. Nəşrin yazdığına görə, onların üzərində Smolensk vilayətinin Yelnya şəhəri yaxınlığında (Belarusla həmsərhəddir, Ukraynadan yalnız Bryansk vilayəti ayrılır) hərbi texnikanın, o cümlədən tankların yığılmasını görmək olar.

“Rusiyanın 4-cü Panzer Diviziyasının texnikası Ukraynanın şimal sərhədindən çox da uzaq olmayan Bryansk və Kursk ətrafındakı ərazilərə aparılıb. Bölmələr T-80U döyüş tankları və özüyeriyən artilleriya qurğuları ilə təchiz olunub. “Bu ərazidə 1-ci Mühafizə Tank Ordusunun bir hissəsi də müşahidə edilib”, – nəşr yazır.

Ötən həftə bu barədə “Washington Post” bu barədə yazıb ki, qoşunların yerdəyişməsi Rusiyanın Ukraynaya münasibətdə daha sərt mövqe tutması fonunda baş verir və Donbassdakı münaqişə “yeni mərhələyə qədəm qoyur”.
Pentaqonun sözçüsü polkovnik-leytenant Anton Semelrot bildirib ki, Vaşinqton “Ukrayna yaxınlığında Rusiyanın qeyri-adi hərbi fəaliyyəti” barədə xəbərlər görüb, lakin Moskvanın niyyətindən danışa bilmir. “Biz regionda gərginliyin azaldılmasını və Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla həllini dəstəkləyirik”, o əlavə edib.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, noyabrın 1-nə olan məlumata görə, onlar Rusiya qoşunlarının sərhəd yaxınlığında toplanması faktını qeydə almayıblar. Rusiya hərbi idarəsi hələlik vəziyyəti şərh etməyib.

Noyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevi Donbassda “təxribatçı vəziyyət” yaratmaq və Moskvanı regionda hərbi əməliyyatlara sürükləmək cəhdində ittiham edib. Bu, Ukraynanın Türkiyədən aldığı Bayraktar TB2 pilotsuz təyyarəsindən “düşməni atəşkəsə məcbur etmək üçün” istifadə etməsindən az sonra baş verib. Ölkənin Baş Qərargahı bunu münaqişənin qarşı tərəfinin Qranitnoye kəndi yaxınlığındakı Ukrayna hərbçilərinin mövqelərini atəşə tutması, nəticədə bir əsgərin həlak olması ilə izah edib.
Zelenski deyib ki, Ukrayna silahlı qüvvələri silahdan yalnız öz ərazilərini müdafiə etmək üçün istifadə edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »