Romada keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Baydenlə görüşü başa çatıb.
AA-ya görə; Bildirilib ki, Ərdoğanın Baydenlə görüşü zamanı iki ölkə arasında əlaqələrin gücləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması razılaşdırılıb. Görüş zamanı ikitərəfli ticarət həcminin artırılması üçün, ümumi perspektivə uyğun olaraq atılacaq addımlar da müzakirə edilib.
NATO müttəfiqliyi və strateji tərəfdaşlıq zəmininin vurğulandığı sammitdə iqlim dəyişikliyi ilə bağlı atılan qarşılıqlı addımlardan məmnunluq da ifadə olunub.
Türkiyə rəsmisi Reuters agentliyinə deyib: “ Görüş çox müsbət atmosferdə keçdi.
F-16 və F-35 böhranı, (Qeyd edək ki, ABŞ qanunvericiləri Türkiyənin Rusiyadan raketdən müdafiə sistemlərini satın aldığını əsas gətirərək, buna qarşı çıxıblar), eləcə də insan haqları, Suriya və Liviya problemlərinə toxunulacağı gözlənilən toplantının 20 dəqiqə davam etməsi gözlənilirdi. Lakin müsahibə 1 saat 10 dəqiqə çəkib.
Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu və amerikalı həmkarı Antoni Blinken də iştirak edib.
TƏFƏRRÜATLAR GƏLİR…
İctimairey.az