Apple titulunu itirdi: Dünyanın ən dəyərli şirkəti məlum oldu

0

Apple dünyanın ikinci ən dəyərli şirkətidir. Birinci yeri Microsoft tutub.

ABŞ-ın texnologiya nəhəngi “Apple” dünyanın ən dəyərli şirkəti titulunu itirərək ikinci yerə düşüb. ABŞ-ın daha bir texnologiya nəhəngi Microsoft taxt-tacın yeni sahibi olub.

İctimairey.az xəbər verir ki, iPhone istehsalçısı Apple-ın bazar dəyəri dünən yüzdə 1,8 azalaraq, 2 trilyon 476 milyard dollara düşüb.

Microsoftun bazar dəyəri isə, dünən yüzdə 2,2 artaraq, 2 trilyon 490 milyard dollar olan tarixi zirvəsinə çatdı.

Microsoft-un səhmlərinin dəyəri ilin əvvəlindən 49 faiz artıb. Xüsusilə, şirkətin hesablama xidmətinin gəlirləri pandemiya zamanı sürətlə artıb. Bu müddət ərzində Apple-ın səhm dəyərindəki artım 13 faiz səviyyəsində qalıb.

Apple-ın bazar kapitallaşması 2010-cu ildə Microsoft-u ötüb.

Qlobal təchizat zəncirlərindəki problemlər səbəbiylə, Apple-ın satışları son rübdə gözləntilərin altında olub və bu, səhm dəyərindəki enişdə təsirli olub.

İyul-sentyabr dövründə Apple-ın gəliri illik 29 faiz artımla 83,4 milyard dollara çatsa da, bazarın 84,9 milyard dollarlıq gözləntisini qarşılaya bilməyib.

Ötən ilin eyni dövründə 12,7 milyard dollar olan şirkətin xalis mənfəəti 62,2 faiz artaraq 20,6 milyard dollar olub.

İyul-sentyabr dövründə iPhone satışlarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artaraq 38,9 milyard dollara çatıb.

Təchizat zənciri problemlərinin bu rübdə də Apple-ın satışlarına təsir edəcəyi gözlənilir.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »