Robot Ai-Da Misir gömrük keçid məntəqəsindən keçərkən saxlanılıb.
Robot Ai-Da Misir gömrük keçid məntəqəsindən keçərkən saxlanılıb.
İngilis qalereyası Aidan Meller tərəfindən yaradılan Android robotu Ai-Da, Misirdə Forever Is Now sərgisi öncəsi çətinliklərlə üzləşib: yerli polis onu gömrükdə saxlayıbdı.
İlk müasir robot rəssam Ai-Da cümə axşamı günü, Qizadakı Böyük Piramidada əsərlərindən ibarət sərgi təqdim etməli idi. Ancaq, gömrük işçiləri androidin casusluq planının bir hissəsi olduğuna şübhə edərək, onu on gün müddətinə həbs ediblər.
Ai-Da yalnız çərşənbə gecəsi Misir hakimiyyəti ilə danışıqlar aparan Britaniya səfirinin müdaxiləsindən sonra, sərbəst buraxılıb.
İctimairey.az The Guardianaya istinadən xəbər verir ki, İngilis qalereyaçı Aidan Meller sərhədçilərin robotun bədənində bir modem tapdıqdan sonra saxladıqlarını və sonra Ai-Da’nın gözlərindəki kameraları gördükdən sonra, qorxduqlarını yazıb. “Modemi ondan çıxara bilərdim, amma gözlərini ondan çıxara bilməzdim” deyə androidin sahibi deyib.
Rəssam Android 2019 -cu ildə yaradılıb və ilk qadın proqramçı Ada Lovelace adını daşıyır. Ai-Da robotun rəsm əsərləri Victoria və Albert Muzeyində sərgilənib.
“O, robot rəssamdır. O, casus deyil. İnsanlar robotlardan qorxur, bunu başa düşürəm. Ancaq vəziyyət komikdir, çünki Ai-Da texnoloji inkişafdan sui -istifadə kimi qiymətləndirilsə də, insanları xəbərdar etmək lazım idi. O texnoloji inkişafın məhsuludur.”
Ai-Da Sfenksin tapmacasını təmsil edən və insanın əbədi yaşamaq arzusunu simvolizə edən 2×2.5 metr ölçüdə bir heykəlin müəllifi olaraq, təqdim edildiyi sərginin açılışından bir neçə saat əvvəl çərşənbə axşamı sərbəst buraxılıb.
Forever Is Now sərgisi 7 noyabr tarixinə qədər davam edəcək. Burada Lorenzo Quinn, Alexander Ponomarev və Stephen Cox da daxil olmaqla Misir və xarici rəssamların əsərləri nümayiş olunur.
İctimairey.az