Jirinovski: 80 yaşımadək üçüncü dünya müharibəsinə başlamamağı xahiş edirəm

0

Jirinovski üçüncü dünya müharibəsinin başlanmasını 2027 -ci ilədək təxirə salmağı xahiş edib

İctimairey.az xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rusiya 1” telekanalının efirində bildirib ki, NATO ölkələri ilə Ukraynanın birgə təlimləri “əsl müharibəyə” hazırlaşmaqdan başqa bir şey demək deyil.
Jirinovskiyə görə, 2027-ci ildə genişmiqyaslı münaqişə başlaya bilər: qoşunlar tədricən Rusiya sərhədlərinə gətirilir və silahların “yığılması” prosesi Kiyevə “yardım” altında gizlədilir.
“80 yaşımı sakitcə qeyd etmək istəyirəm. 2026 -cı ilədək müharibəni başlamayın. 80 illiyimdən sonra, lap 85 yaşımadək, buyurun başlayın müharibəni”, – deyə Jirinovski qlobal münaqişənin başlayacağı tarixi seçdiyini bildirib. O, xatırladıb ki, bir zamanlar Ukraynada çoxlu silahlar saxlanılırdı: Həmin silahlar bütün Üçüncü Dünya Müharibəsi üçün kifayət edərdi. Amma sonradan, “hər şey oğurlandı, talan edildi, satıldı”
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Andriy Taran daha əvvəl 2021 -ci ilin sonuna qədər, ölkədə AB -nin hərbi təlim missiyasının yerləşdirilməsinin gözlənildiyini bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova cavab olaraq qeyd etdi ki, Moskva Kiyev və Brüsseli bu cür tələsik planlardan əl çəkməyə çağırır, çünki, bu Donbasda gərginliyin artmasına yardım edəcək.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »