Antalyanın Manavgat rayonunda miras davasında iki qardaş traktoru bacılarının üzərinə sürərək, onu öldürməyə cəhd ediblər. Xoşbəxtlikdən qadın traktorun 2 təkəri arasında qaldığından, ancaq yaralanıb. Onun ölmədiyini görən qardaşlar, bacılarına yenidən hücum edib, saçlarından tutaraq yerlə bir sürüyüblər.
Qeyd edək ki, əri ölmüş, bir tək 14 yaşlı qızı ilə yaşayan Əminə Çətin qardaşının evinə ziyarətə gedibmiş. Evin yaxınlığında, ata -anasından 9 qardaşa miras qalan və 7 ildir paylaşılmayan torpaq sahəsində işlərin görüldüyünü görüb və ora gedib. Nə iş gördüklərini soruşduqda, aralarında mübahisə düşüb və qardaşı traktoru işə salaraq, bacısının üzərinə sürüb. Ölmədiyini gördükdə, yenidən traktoru geri-geriyə sürərək, yerə yıxılan qadının üstündən keçib. Qadının möcüzəylə sağ qaldığını görən qardaşlar, qızının gözləri qarşısında, bacılarının saçlarını yolaraq, dibindən qoparıb. Bu zaman kiçik qızın dayılarının bu vəhşiliyini telefonuna çəkdiyini görüb və telefonunu əlindən alaraq sındırıblar.
Yaşadıqlarını göz yaşları ilə izah edən Emine Çetin, 7 il əvvəl həyat yoldaşını, anasını və atasını bir-birinin ardınca itirdiyini və “Allah övladım üçün canımı bağışladı”- deyib.
Hadisə ilə əlaqədar istintaqa başlayan jandarma, iki qardaşa qəsdən xəsarət yetirmək və təhqir etməklə bağlı iş başladıb.
Güloğlan Məmmədov İctimairey.az