Millət Vəkili Könül Nurullayevanın seçicilərinə müraciəti

0

Dəyərli izləyicilərim,
Həftə ərzində Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən qərargahımıza daxil olan 18 müraciət əsasında növbəti vətəndaş qəbulunu keçirdik.

Karantin qaydaları çərçivəsində keçirdiyimiz görüşdə, 10 vətəndaşımızı fərdi formada dinləyib, bir sıra mövzular üzrə onları narahat edən problemləri qeydiyyata götürdük.

Nəzərinizə çatdırmaq istərdim ki, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas problemlər sırasında ünvanlı sosial yardım alınmasında yaranan çətinlik, əlillik pensiyasının əsassız səbəbdən kəsilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, məşğulluq səviyyəsinin yüksəldilməsi və vətəndaşımızın xaricdə müalicə almasına yardım edilməsi ilə bağlı məsələlər başlıca yer almışdır.

Qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda tərəfimizdən aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.
Növbəti vətəndaş qəbulunda iştirak etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.
+994 12 422 22 41
+994 55 276 23 75
Güloğlan Məmmədov   İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »