ABŞ İrana qarşı sanksiyaları “avans” olaraq, ləğv etməyəcək

0

ABŞ nüvə razılaşması əldə olunmayanadək, İrana qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır

Abş

İctimairey.az xəbər verir ki, ABŞ administrasiyasının yüksək vəzifəli məmuru jurnalistlərə verdiyi açıqlamada, – ABŞ-ın İrana qarşı sanksiyaları “avans” olaraq, nüvə razılaşmasının yenidən başladılmamasına dair razılıq əldə olunana qədər ləğv etməyi planlaşdırmadığını söyləyib.
Tərəflər Vyanada danışıqların baş verməsini səbirsizliklə gözləyirlər, burada söhbət ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən tərk edilmiş və “maksimum təzyiqlə” başladılan Birgə Hərtərəfli Fəaliyyət Planının öhdəliklərinə qarşılıqlı qayıdışdan gedir.

O, İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyalardan çəkilməsini nəzərdə tutan razılaşmaların pozulmasından sonra, vəziyyətin xeyli pisləşdiyini etiraf edib. Ağ Ev sözçüsünün dediyinə görə, iranlılar indi heç olmasa bir nüvə silahı istehsal etmək üçün, zənginləşdirilmiş uran ehtiyatlarına malik olmaq naminə, əvvəlki illərin də əvəzinə, “bir neçə ay” vaxt ayırır.
Vaşinqton hələ də diplomatik üsullara güvəndiyini təsdiqləsə də, xəbərdarlıq edib ki, danışıqlar nəticə verməsə, iranlıların nüvə silahı əldə etməsinin qarşısını almaq üçün, başqa variantların tətbiqi mümkündür.
ABŞ -ın Milli Təhlükəsizlik müşaviri Jeyk Sallivan və israilli həmkarı Eyal Hulata arasında Vaşinqtonda planlaşdırılan məsləhətləşmələrdən mətbuata danışıb. Görüşlərinin əsas mövzusu iki ölkənin İran istiqamətində hərəkətlərinin əlaqələndirilməsi olmalıdır.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »