Şıxovda baş verən dəhşətli qəza hər kəsi sarsıtdı

0

Bayıl istiqamətində hərəkət edən və sərnişinlə dolu olan 120 saylı 10 TF 869 dövlət nömrə nişanlı avtobus (Bakı şəhərində fəaliyyət göstərən “Transqeyt” MMC-yə məxsus olub) irititumlu avtobus yoldan çıxaraq hasara, sonradan ağaca çırpılıb.

Qəza nəticəsində avtobusun sürücüsü, 1978-ci il təvəllüdlü Füzuli Əziz oğlu Allahverdiyev və sərnişin, 45-50 yaşlı Qəhrəman adlı şəxs ölüb.

Baş verən qəza nəticəsində 47 yaşlı Famil Abbasov, 53 yaşlı Arif Əliyev, 54 yaşlı Əhməd Teyyubov Klinik Tibbi Mərkəzə, 1950-ci il təvəllüdlü Rza Ramazanov Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdiriliblər.

25 yaşlı Seyfəddin Buzumova və 23 yaşlı Abbas Vəliyevə hadisə yerində ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »