Terrorçular İdlibdəki Çeçen səhra komandirinin qərargahını ələ keçirib

0

Terrorçular Suriyanın İdlibdəki səhra komandiri Əl-Şişaninin qərargahını ələ keçirib Terrorçular
“Həyat Təhrir əş-Şam” terror qruplaşmasının döyüşçüləri Çeçen səhra komandiri Müslüm əş-Şişaninin Suriyanın İdlibdəki qərargahını ələ keçiriblər.
İctimairey.az xəbər verir ki, bu barədə, bu gün 3-oktyabrda VarGonzo Telegram kanalında məlumat verilib.
Telekanalın məlumatına görə, komandirin əsl adı Marqoşvilidir. O, etnik olaraq kistindir və Pankis əyalətindəndir. Onun “Cünud əş-Şam” qrupu uzun müddətdir ki Suriyada mövqelər uğrunda HTS terror qrupu ilə mübarizə aparır.
Yaraqlılar arasında münaqişənin səbəbi, Marqoşvilinin HTS terror qrupunun tam nəzarətinə keçməsindən imtina etməsidir. Eyni zamanda, bir sıra terrorçuların səhra komandirləri Marqoşvilinin qrupunun mövcud “cihadçılıq” cərəyanını dəyərlərinə və onun radikal ideologiyasına xəyanət etdiyini əsas götürür.
Qeyd edək ki, Suriyanın İdlib əyalətinin cənubunda bombardmanların yenidən başladığı məlum olub. Mətbuatda yayılan məlumatlara görə, Maaret-Misrin şəhəri, Jebel Ansaria və Hələbin qərbindəki bölgələr hava hücumlarına məruz qalıb. Dcəbhət ən-Nusra terror təşkilatının silahlıları, döyüş başlıqları zəhərli maddələrlə doldurulmuş raketləri Suriya ordusu ilə təmas xəttinə atıblar.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »