Salyan sakini, Qarabağ qazisi işlə təmin olunub

0

Vətən müharibəsinin fəal iştirakçısı, Salyan rayon Boranıkənd kəndindən yaşayan, qazi Tağıyev Röyal Vüqar oğlu kənddə fəaliyyət göstərən İstixana təsərrüfatında mövsümü işlə təmin olundu.Qazi

Qazi Röyal Tağıyev İstixana təsərrüfatına rəhbərlik edən Əliyev Saxavət tərəfindən mövsümü işlə təmin olundu. Qeyd edək ki, qazimiz 59- saylı Salyan rayon seçki dairəsinin Millət Vəkili Jalə xanım Əhmədovaya işlə və torpaq sahəsi ilə təmin olunması ilə bağll müraciət etmişdi. Millət Vəkilinin səyi və iş adamlarına müraciətləri nəticəsində qazi Röyal Taxıyevin problemi tez bir zamanda həll olundu.Qazi

Qeyd edək ki, Röyal Tağıyev İkinci Qarabağ müharibəsində Tərtər,Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Suqovuşan rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə bir çox “Orden”və “Medallarla” təltif edilib.
Fuad QƏHRƏMANOV. İctimairey.az

Əlaqə nömrə 51-312-35-04 050-529-56-04

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »