Serbiya və Kosovo münaqişə astanasındadır

0

Balkanlarda böyük müharibədən 30 il sonra niyə yenidən silaha əl atılır?
Serbiyanın inzibati sərhədində və özünü elan edən Kosovo respublikasında Albaniya-Serbiya qarşıdurması demək olar ki, iki həftədir ki, istənilən vaxt silahlı toqquşmaya çevrilə bilər. Albanlarda – polisin xüsusi təyinatlıları, zirehli maşınlar, gözyaşardıcı qaz və s Serblərdə – tanklar və təyyarələr.

Kosovo
Tərəflər indiyədək, birbaşa toqquşmalardan çəkiniblər, lakin Priştina və Belqrad hakimiyyəti məqsədlərini həyata keçirmək üçün, qarşılıqlı ultimatumlar irəli sürməkdə davam edir.
Son onilliyin ən ciddi münaqişəsi Kosovanın şimal sərhədində avtomobil nömrələrinə görə başlayıb. Belə ki, sentyabrın 20-də faktiki olaraq özünü Respublika elan edən səlahiyyətliləri artıq serb nömrəli avtomobillərin inzibati sərhədi keçməsinə icazə verməyəcəklərini elan ediblər.
Rəsmi səbəb: Serbiya, Kosovonun dövlət nömrə nişanlarını tanımamaq da daxil olmaqla, bütün xidməti atributları ilə birlikdə, Kosovonun suverenliyini tanımır.
Buna görə də, Priştina cavab olaraq, indi Serbiya avtomobil nömrələrinin sahiblərini respublika ərazisində Kosovo nömrələrindən istifadə etməyə məcbur edəcək tədbirləri tətbiq edəcəyinə qərar verib. Kosovaya daxil olarkən Serbiyanın qeydiyyat nömrələri yerli nömrələrlə əvəz edilməli və eyni zamanda avtomobil sahibi beş avro haqq ödəməlidir (bölgə ərazisində yerli valyuta olaraq avro istifadə olunur).
Qeyd etmək lazımdır ki, Serbiya uzun müddətdir ki, Kosovo nömrələrini müvəqqəti Serb nömrələri ilə (5 avro) yalnız Serb dinarı ilə ödəməklə əvəz edir.
Hazırda, nömrələrlə bağlı vəziyyəti həll etmək üçün, Albaniya zirehli maşınları və əsgərlər üçün yaşayış konteynerləri ilə birlikdə xüsusi təyinatlıları şimal bölgələrini Serbiya ilə birləşdirən iki rəsmi keçidə – “Yarinje” və “Brnjak”a yerləşdirilib. Xüsusi təyinatlılar əslində keçidləri bağlayıb və Priştina qərarının icrasına nəzarət etməyə başlayıb.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »