Mİllət Vəkili Jalə Əhmədova: “Azərişıq” ASC və “Azəriqaz” İB-nə, AZƏRİQAZ İB Salyan Regional Qaz İstismarı idarəsinin rəisi Namiq Məmmədova təşəkkürümü bildirirəm.

0

Salyan rayonunda keçirdiyim seçicilərlə görüş zamanı Birinci Qarabağ müharibəsi qazisi Əflatun İbiş oğlu Rzayev evinə qaz çəkilişi ilə bağlı müraciət etmişdi. Azeriqaz

Və artıq budur, “Azəriqaz” İstehsalat Birliyinin hesabına Boranıkənd kənd sakini olan qazimizin evinə qaz çəkilib və bu o deməkdir ki, qarşıdan gələn soyuq qış aylarında daha bir vətəndaşımızın isti ocağı, isti yuvası var. Qazimizə, sözün əsil mənasında yaxşılıq edən Namiq Məmmədova dərin təşəkkürlərimi bildirirəm.

Onu da qeyd edim ki, Azərbaycanın suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən bu kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması və problemlərinin aradan qaldırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Dövlət başçımızın tapşırıqlarına uyğun olaraq fəaliyyət göstərən “Azərişıq” ASC və “Azəriqaz” İB-nə vətəndaşlarımızın müraciətinə göstərdikləri diqqətə görə minnətdarlığımı ifadə edirəm.

Fuad Qəhrəmanov. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »