DÜNYA AĞLINI İTİRİR ? Əfqanıstanda həbsdən azad edilmiş qatillər qadın hakimlərin ovuna çıxıb
Əfqanıstanda həbsdən azad edilmiş qatillər qadın hakimlərin ovuna çıxıb
Əfqanıstanda keçmiş qadın hakimlər taliblərdən gizlənmək məcburiyyətində qalıblar.
İctimairey.az mediyanın yaydığı xəbərlərə istinadən bildiri ki, Taliban avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, ölkədə hakim vəzifəsini icra edən qadınlar qisas alınacağı qorxusundan qaçmalı və gizlənməli olublar.
Onlardan biri, adının gizli saxlanılmasını istəyən qadın mediyaya müsahibə verərkən söyləyib ki, karyerası boyunca təcavüz, qətl və işgəncələr də daxil olmaqla, yüzlərlə kişini qadınlara qarşı şiddətdə qınayıb. Lakin, Taliban onun şəhərini nəzarətə götürdükdən və minlərlə məhkumu həbsxanadan azad etdikdən bir neçə gün sonra, ona ölüm təhdidləri gəlməyə başlayıb. Ailəsi ilə birlikdə dərhal evdən qaçmağa məcbur qalıb.
“Maşınla şəhərdən çıxanda heç kim məni tanımasın deyə, burka taxdım. Xoşbəxtlikdən, bütün Taliban keçid məntəqələrini keçdik” – deyə qadın bildirib. Ayrıldıqdan qısa müddət sonra, qonşular ona bir neçə Talibanın onun evinə gəldiyini yazıb. Təsvirlərindən onların kimi axtardığını dərhal anlayıblar.
Başqa bir Əfqanıstanlı qadın, həyat yoldaşını öldürən məhkumun, həbsxanadan çıxdıqdan sonra, onu da öldürəcəyi ilə hədələdiyini söyləyib.
Qeyd edək ki, hazırda Əfqanıstanda qadın hüquqlarının müdafiəsində öncül olan 220-dən çox hakim qadın gizlənmək məcburiyyətindədir. Telefon nömrələrini dəyişdirməli, yer altında yaşamalı və bir neçə gündən bir yerlərini dəyişməli olurlar. Bundan əlavə, qadınlar danışırlar ki, Taliban qrupu onların keçmiş evlərinə gəlir, qonşuları və dostlarından harada olduqları ilə bağlı sorğu -sual edirlər.
MƏMMƏDOV GÜLOĞLAN
İctimairey.az