Ərdoğan: Türkiyəyə hücum edən terror təşkilatları ABŞ -dan silah və sursat dəstəyi alır

Ərdoğan: Türkiyəyə hücum edən terror təşkilatları ABŞ -dan silah və sursat dəstəyi alır

0

Prezident Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyası toplantıları üçün, Nyu Yorkdakı Amerika CBS televiziya kanalına verdiyi müsahibədə Əfqanıstandakı vəziyyət və Türkiyə-ABŞ münasibətləri ilə bağlı açıqlamalar edib.
Prezident Ərdoğan, “Amerika bir NATO ölkəsidir. Biz də NATO ölkəsiyik. NATO -da həmrəy olmalıyıq, terror təşkilatları buradan belə dəstək almamalıdır. Bunu da demək durumundayıq” – deyə səslənib.
Prezident Ərdoğan “Millətə Üz” proqramının aparıcısı Marqaret Brennanın suallarını cavablandırıb.
“ABŞ -ın Əfqanıstanı tərk etməsi bölgəni daha da təhlükəli edirmi?” Prezident Ərdoğan suala belə cavab verdi:
– 20 ildir Amerikanın burada qalması ilə bölgə təhlükəsiz olmadı. Əksinə, bölgə günü -gündən ciddi mənada qan içində boğuldu. Buradakı minə yaxın işçimizlə hava limanını qorumaq vəzifəsini yerinə yetirdik. Sonda hava limanını qorumaq nəhayət, bizə gəldi. Cənab Jo Bayden və mən bunlar haqqında danışdıq. Onlara belə bir vəzifəni öhdəsinə götürə biləcəyimizi söylədikdə, ‘ üç şeyi istəyirik’ – dedim.
Bunlardan birincisi maddi -texniki dəstəkdir. 2-cisi logistik dəstək. Bu inzibati və maliyyə xarakterlidir. 3-sü hazırda əllərində olan silahların, döyüş sursatlarının və s. Türkiyəyə təhvil verilməsidir. Amma elə şeylər baş verdi ki, əksinə Hamid Karzai Hava Limanındakı bütün silahlar, döyüş sursatları və nəqliyyat vasitələri Talibana verildi. Hazırda Taliban orada ABŞ silahları ilə hərəkət edir. Əlbəttə bu gerçək faktlar görülməlidir. Amma biz bəzi şeylərə artıq alışmışıq. Təəssüf ki, Türkiyəyə hücum edən terror təşkilatları ABŞ -dan silah və sursat dəstəyi alır. Keçmiş hökumətdə də belə olmuşdu, indi də belədir. Hər şeydən əvvəl bu cür silah dəstəyi PKK/YPG/PYD terror təşkilatlarına verilməməlidir “.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »