Nigeriyada kütləvi qaçırmalar səbəbindən 1 milyon uşaq məktəbə getməyəcək

0

Nigeriya məktəblərində dərslər başlasa da kütləvi qaçırmalar səbəbindən ən az 1 milyon uşağın məktəbə gedə bilməyəcək

Birləşmiş Millətlər Uşaq Fondunun (UNICEF) açıqlamasında, ölkənin şimalındakı məktəblərin silahlı qruplar tərəfindən pul qarşılığında kütləvi adam oğurluğu hədəfinə çevrildiyi bildirilib.
Nigeriyada artan kütləvi qaçırmalar səbəbindən ən az 1 milyon uşağın məktəbə gedə bilməyəcəyi qeyd edilib.

Yanvar ayından bu yana 20 məktəbə hücum edildiyini bildirən açıqlamada, hücumlarda 1400-dən çox uşağın qaçırıldığı, 16 adamın öldürüldüyü, 200-dən çox uşağın hələ də itkin düşdüyü bildirilir.
UNICEF-in Nigeriyadakı Nümayəndəsi Peter Havkins: -“Nigeriyada məktəbdə atışmalar və şagird qaçırılması səbəbiylə ailələr uşaqları yenidən siniflərinə göndərməkdən qorxur və şagirdləri təhsili almır.” – deyə bildirib.

Benue, Kaduna, Yaylası, Katsina və Zamfara əyalətlərində son aylarda bir neçə məktəbdən şagird qaçırılıbdı.

Hücumlar səbəbindən bir çox məktəb təhsili dayandırmaq məcburiyyətində qaldı.

Esmira ŞÜKÜROVA ictimairey. az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »