Ermənistan ayrı-seçkilik ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycanın əleyhinə şikayət verib
Ermənistan hər cür ayrı-seçkiliyin aradan qaldırılması haqqında beynəlxalq konvensiyanın pozulması faktı ilə bağlı Azərbaycan Beynəlxalq Məhkəməsinə müraciət edib.
İctimairey.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) Nümayəndəliyinin Facebook səhifəsində dərc edilib.
Bəyanatda həmçinin Ermənistanın “Hərbi Qənimətlər Parkı” nın bağlanması və erməni əsir və mülki əhalinin geri qaytarılması da daxil olmaqla təcili tədbirlərin görülməsini məhkəmədən istədiyi göstərilir.
Aprelin 12-də Bakıda bir çox KİV-lərin artıq Döyüş Dəhşət Parkı adlandırdıqları “Hərbi Qənimətlər parkı” açıldığından yazır. Üzündə çaşqınlıq ifadə olan erməni əsgərlərinin manekenləri, sıradan çıxarılmış texnika, bəzi manikenlərin zəncirlənməsi nümayiş olunub.
Ermənistan hakimiyyəti dövlət sirrinə əsaslanaraq Azərbaycanda saxlanılan erməni məhbusların dəqiq sayını açıqlamır. Lakin, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfdə 188 erməni əsirin, Avropa İnsan Haqları Məhkəməsində isə, əsirlikdə olan 228 erməni ilə bağlı sorğuların olduğunu bildirir.
Qeyd olunmalıdır ki, Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda ermənilər üçün göz dağına çevrildi. Müharibə öncəsi “Tezliklə tanklarımız Bakı küçələrində olacaq” deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın istifadəyə verilməsini erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın “düşmənçiliyi” haqqında müraciət ünvalayacaqlarını bildirirlər. Əlbəttə ki, bunlar əbəs cəhdlərdir. Düşmən Qarabağın işğalı faktının ona hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi.
EsmiRa ŞÜKÜROVA. İctimairey.az