Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti ölkə rəhbərliyini Bakıdakı səfirliklərinin fəaliyyətinin bərpasına çağırıb
Perunun “Guik” mətbu portalında tanınmış jurnalist, siyasi şərhçi, ötən ay Azərbaycanda səfərdə olmuş Rikardo Sançesin “Perunun Azərbaycan ilə münasibətləri” sərlövhəli məqaləsi dərc edilib.
İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan jurnalist yazısında ölkəmizin gözəlliyi, əlverişli iqtisadi potensialı və malik olduğu zəngin təbii sərvətləri barədə geniş məlumat verib.
Yazıda Azərbaycanın iqtisadi-sosial potensialı, enerji, nəqliyyat və digər əlverişli biznes imkanlarından, siyasi sisteminin sabitliyindən, eləcə də ölkəmizin həyata keçirdiyi irimiqyaslı layihələrdən, Azərbaycanın dünya birliyinin etibarlı tərəfdaşı və layiqli üzvünə çevrildiyi qeyd edilib və Peru ilə ticari-iqtisadi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq perspektivlərindən bəhs olunub.
Jurnalist Perunun yeni hakimiyyətinə müraciət edərək, bu ölkənin Bakıdakı səfirliyinin fəaliyyətinin bir neçə il öncə dayandırılmasına istinadən həmin fəaliyyətin bərpasına çağırıb. Bunun iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirəcəyinə və Peru ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini qeyd edib.
Müəllif ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verən parlamentlərarası dostluq qruplarının fəal işinə diqqət çəkib.
Sonda jurnalist, COVID-19-la əlaqədar yaranmış problemin tezliklə aradan qalxacağına və iki ölkə arasında qarşılıqlı faydalı səfərlərin həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
İctimairey.az