İkinci Qarabağ müharibəsi bizim şanlı zəfərimiz kimi tarixdə əbədi qalacaq.

0

Azərbaycan və Ermənistan arasında 27 sentyabrda başlayan müharibə 44 gün davam edib. Bu müddət ərzində üç dəfə humanitar atəşkəs elan edilib. Lakin o hər dəfə pozulub.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanata görə, 10 noyabrda Qarabağda döyüşlər dayandırılıb və atəşkəs barədə razılığa gəlinib. 44-Günlük vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatsa da, bizlər üçün heç də ağrısız – acısız ötüşmədi. 3.000 yaxın mərd, qəhrəman oğullarımızı itirdik. Çox sayda əlil və qazimiz oldu. Bütün bunlara baxmayaraq, yenədə xalq olaraq əzmimizi itirməyib, sevincimizi dünyadan gizlətmədik.

2020 ci il sentyabırın 27-də azğın düşmən yeni ərazi iddiası ilə üzərimizə hücuma keçdi. Cəmi 44-günə, 27-il həsrətində olduğumuz torpaqlar, yenidın öz ərazimizə qatıldı. Bu ağrılı-acılı günlərdə ürəyində vətən sevgisi olan insanlar heçdə əlini qolunu sallayıb oturmadı. Yardım aparan da oldu,öz yük maşını ilə ordu üçün silah daşıyan da. Azərbaycan xalqının gözəl atalar sözləri var. – Vur demək, vurmaqdan irəlidir.
59-Saylı Salyan seçki dairəsinin Millət Vəkili Jalə xanım Əhmədova da vəkili olduğu salyanlılara yardımla bağlı səsləndi. 30-sentyabrda belə bir aksiya ilə, Sosial şəbəkələrdə çıxış edən Millət Vəkili, Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin fonduna yardım olunması üçün, əhaliyə müraciət etdi. “Bir manat deyib keçmə” – çağırışına, bütövlükdə Salyan əhalisi də qoşuldu.
Bir onu deyə bilərəm ki, rayonun Şorsulu kəndində keçrilən aksiyada, iki gün ərzində 20.000 manatdan artıq pul toplandı və Deputatın tapşırığı əsasında pulun bir qismi hərbiçi və yaralı əskərlərin ailələrinə, qalan hissəsi isə, Mudafiə Nazirliyunin fonduna köçürüldü.
Beləliklə elin gücünə güvənən Millət Vəkili və əhali vətən sevgilərini belə təzahür etdirə bildildilər. Atalar əbəs yerə deməyib – “El gücü, sel gücü”

Fuad Qəhrəmanov. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »