Alman alimləri “Şimal axını-2” boru kəmərinin hidrogen nəqli məqsədilə istifadə edilməsi üzərində düşünüblər

0

 

Ekoloji cəhətdən təmiz hidrogen yanacağının Avropada artan populyarlığı ilə əlaqədar alman alimləri həddindən artıq siyasiləşdirilmiş “Şimal axını-2” qaz boru kəmərinin məhz hidrogen nəqli məqsədilə istifadə edilməsi imkanları üzərində düşünüblər.
İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın təbiət mühafizə təşkilatları bu yaxınlarda tikintisi başa çatan qaz kəmərinin istifadəyə verilməsinə qarşı kəskin çıxış ediblər. Onların fikrincə, bu boru kəməri Almaniyanın təbii qazdan asılılığını artıracaq. Bundan sonra isə ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçmək arzusu xəyal olaraq qalacaq. Onlar qaz boru kəmərinin hidrogen istehsalı və Avropa İttifaqı ölkələrinə ixracı sahəsində əməkdaşlığı gücləndirəcəyi ilə bağlı meqalayihə tərəfdarlarının arqumentləri ilə razı deyillər. Ekoloqlar qaz boru kəmərinin hidrogen borusu olmadığından əmindirlər.
İnvestorlar fərqli fikirdədirlər. Onlar layihənin Avropa İttifaqı ölkələrində “Yaşıl istiqamət”in həyata keçirilməsində böyük potensiala malik olduğunu hesab edirlər, bu potensialın əsasını isə atmosferə istixana qazı tullantılarının əhəmiyyətli dərəcədə azaldılması təşkil edir.
“Şimal axını-2” qaz boru kəmərinin ekoloji cəhətdən təmiz yanacaq daşıyan nəqliyyat arteriya olacağını və ya qaz sənayesi işçilərinin əlində qalacağını gələcək göstərəcək.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »