ABŞ – ın birinci xanımı işə çıxdı Jill Bayden müəllimliyə qayıdıb

0

 

ABŞ-ın 46-cı prezidenti Jo Baydenin həyat yoldaşı Jill Bayden COVID-19 pandemiyası səbəbindən işinə davam etmirdi. Artıq o, müəllimlik fəaliyyətinə başlayır. Birinci xanımın dediyinə görə, işinin yenidən bərpasını səbrsizliklə gözləyirdi.

Jill Bayden jurnalistlərlə müsahibəsində deyib: “Əvəz edə bilməyəcəyimiz şeylər var. Dərsə başlamaq, sinif otağına qayıtmaq üçün səbirsizliklə gözləyirdim”.

Keçən il pandemiya səbəbiylə, Prezidentin həyat yoldaşı tələbələrlə yalnız kompüter vasitəsi ilə əlaqə qurmuş, 2009-cu ildən bəri isə, Jill Bayden Şimali Virciniya Bələdiyyə kollejində tələbələrə üzbəüz ingilis dili tədris edib.

2020 – ci il seçki kampaniyası boyunca, Jill Bayden pandemiyanın başlamasından sonra, onlayn formata keçərək işini dayandırmayıb.

Xanım Bayden deyir ki, – Müəllimlik mənim üçün yalnız bir peşə deyill. Bu mənəm, özüməm.

Bir neçə media orqanı Jill Baydenin adını Ağ Evin tarixinə prezidentin ilk işləyən həyat yoldaşı olaraq yazmağa tələsdi. Amma bu belə deyil.
Məsələn, Sarah Polk, həyat yoldaşı, ABŞ Prezidenti Ceyms Polkun katibəsi vəzifəsini icra edib, baxmayaraq ki, ona bunun üçün maaş verilməyibdi. Amma, Ida Makkinli işinə görə maaş alıb və əri William Makkinley dövləti idarə edərkən, o, bankda kassir vəzifəsində çalışıb.
Qalan Amerika prezidentlərinin arvadları Ağ Evdə olduqları müddətdə işləməyiblər, evdar qadın rolunu üstün tutublar və yüksək rütbəli ərlərinə dəstək olublar, həm də ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olublar.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »