Şəhid ailələrinə diqqət ayırmaq hər birimizin borcudur

0

2021 – 2022 – ci tədris ilinin astanasındayıq. Bu gün Şuşa döyüşləri zamanı Şəhadətə qovuşan Babək Bəxtiyar oğlu Allahverdiyevin övladı Bəxtiyarı, Murovdağ döyüşləri zamanı Şəhadətə qovuşan Tofiq Etibar oğlu Həsənovun övladı Melisanı ziyarət edib, onlara yeni tədris ilində xoş diləklərimizi çatdırdıq.

Xatırladaq ki, Şəhid Babək Bəxtiyar oğlu Allahverdiyevin övladı Çingiz, Şəhid Tofiq Etibar oğlu Həsənovun övladı Tunar “BUTA” körpələr evi – uşaq bağçasında ödənişsiz təhsil alırlar.

Şəhidlərimizə dəyər verib, onların ailələrini diqqətdə saxlamaq hər birimizin borcudur. Hər kəs öz yerində olanda və vicdanla dövlətinə, xalqına, vətəninə xidmət edəndə qələbəmiz daha möhtəşəm olur. Erməni vandalları üzərində 44 günlük Zəfərimiz bunu bir daha sübut etdi.

Günay Ağamalı
“BUTA” körpələr evi – uşaq bağçasının rəhbəri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »