Bu gün şəhid Elşən Müslümovun xatirəsi anılıb-FOTO

0

Döyüşlərdə qəhrəmanlıq və şücaət göstərən Elşən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

İctimairey.az qeyd edir ki, bu gün şəhidimizin doğum günüdür. Bununla bağlı Yasamal rayon İcra hakimiyyəti geniş tədbir keçirdib.

II Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, keçdiyi döyüş yolundan danışılıb. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev və Ülvi Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »