Azərbaycanın Qazaxıstandakı yeni səfiri etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinin müavininə təqdim edib

0

Azərbaycanın Qazaxıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov etimadnamənin surətini bu ölkənin xarici işlər nazirinin müavini Marat Sızdıkova təqdim edib.

İctimairey.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ölkəmizin Qazaxıstandakı səfirliyindən məlumat verilib. Nazir müavini ilə keçirilən görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu xüsusi vurğulanıb, bu siyasətin hazırda Azərbaycanın və Qazaxıstanın dövlət başçıları İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Azərbaycan və qazax xalqlarının eyni kökə, mədəniyyətə və ənənələrə malik olduqları qeyd olunub. Görüşdə, həmçinin ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik əsasında qurulmuş münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, ikitərəfli münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparılaraq, planlaşdırılan tədbirlərə nəzər salınıb.

İlahə Əhmədova

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »